28.02.2022

Fənn olimpiadalarının yarımfinal turu keçirilib

Fevralın 27-də cari tədris ili üçün fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib.


 Yarımfinal turu 7 fənn üzrə Bakı şəhərində 6, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 18 mərkəz olmaqla ümumilikdə 25 mərkəzdə təşkil edilib.


Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilib.


Respublika mərhələsinin yarımfinal turunun nəticələri www.portal.edu.azwww.olimpiada.edu.az saytlarında və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələrində martın 4-dən etibarən elan olunacaq.


Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.