Hüseynova Validə Süleyman qızı

 

Hüseynova Validə Süleyman qızı 12 oktyabr 1962-cı  ildə Tovuz  rayonunda anadan olmuş, 1980-ci ildə A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbini bitirmişdir. 1978, 1979, 1980 ci illərdə Fənn olimpiadasının Riyaziyyat fənni üzrə qalibi olmuşdur.

1980-1985 ci illərdə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı   Ordenli Azərbaycan Dövlət Universitetinin Mexanika - Riyaziyyat fakultəsini bitirmiş, 1986 -1991 ci illərdə Q.İlyasov adına Qubadlı şəhər orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 

1991-2001 - ci illərdə  A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbində müəllim, 2001-2005 - ci illərdə direktor müavini, 2005-2012-ci illərdə direktor vəzifəsində çalışmışdır. 2010-2011-ci illərdə rəhbərlik etdiyi  A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbi  "Ən yaxşı məktəb"  nominasiyası üzrə müsabiqənin qalibi olmuşdur.

2012-ci ildən hal hazıra kimi Tovuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir.

Ailəlidir, üç övladı (1 oğul, 2 qız) vardır.


Açar sözlər: