Əsədov Murğuz Zeynalabdı oğlu

 

01 iyul 1959- cu ildə Tovuz rayonu Qaraxanlı kəndində anadan olmuşduş 1975 -ci ildə A.S.Puşkin adına Tovuz şəhər orta məktəbini bitirmişdir.

1975-1976-cı illərdə Tovuzsement zavodunda fəhlə işləmişdir.

1976-1981 - ci illərdə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini bitirmiş, 1981-1987-ci illərdə Xatınlı kənd tam orta məktəbində fizika müəllimi işləmişdir.

1987-1992-ci illərdə Tovuz rayon Xalq Təhsili Şöbəsində metodist, 1992-1999-cu illərdə məsləhətçi vəzifəsində işləmiş, 3 noyabr 2014-cü il tarixdən hal hazıra kimi müdir müavini vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 sentyabr tarixli 504 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.

Ailəlidir, üç övladı (1 oğul, 2 qız) vardır.