06.09.2019

Tovuz ,Ağstafa və Qazax və təhsil işçilərinin sentyabr konfransı

    Tovuz ,Ağstafa və Qazax və təhsil işçilərinin sentyabr konfransı Sebyabrın 6-da  Ağstafa, Qazax və Tovuz təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Konfransda Təhsil Nazirliyinin əməkdaşı Elçin Kərimov, Qazax Rayon İcra Hakimiyyətin başçısı Rəcəb Babaşov və müavinlər, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Tədbirdən öncə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirə giriş sözü ilə başlayan Qazax Rayon İcra Hakimiyyətin başçısı Rəcəb Babaşov təhsil sahəsində çalışanlara uğurlar arzu edib və yeni dərs ilinin başlaması münasibətilə təbrik edib.

Konfransda Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin müdirlərinin hesabat məruzələri dinlənilib.

Əldə olunan nailiyyətlərin müqayisəli təhlilini aparan şöbə müdirləri ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib, perspektiv məsələlərdən bəhs ediblər.

Ötən ilin təhsil həyatında bir sıra parlaq uğurlarla yadda qaldığını qeyd ediblər.

Müşavirədə hər üç rayonun təhsil sahəsində əldə etdiyi uğurları əks etdirən videoçarx nümayiş olunub.

Elçin Kərimov ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub, təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.

Konfransın sonunda xatirə şəkli çəkdirilib.