12.12.2018

Tovuzda məktəblər arasında Respublika Çempionatının “Basketbol” İdman növü üzrə Zona yarışının açılış tədbiri keçirildi.

    Tovuzda məktəblər arasında Respublika Çempionatının “Basketbol” İdman növü üzrə Zona yarışının açılış tədbiri keçirildi.

    11 dekabr 2018-ci il tarixdə Tovuz rayon Olimpiya İdman Kompleksində məktəblər arasında Respublika Çempionatının “Basketbol” İdman növü üzrə Zona yarışının açılış tədbiri keçirildi .18 şəhər və rayon təmsilçilərinin iştirakı ilə keçirilən Zona yarışmasının açılış tədbirində Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Tovuz rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova və digər natiqlər çıxış etdilər.

    Çıxışlarda son illər ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində cəmiyyətin həyatının bütün sahələrində, eyni zamanda idman sahəsində ciddi işlər görüldüyündən və sevindirici nailiyyətlər əldə edildiyindən,ölkəmizin bir-birinin ardınca möhtəşəm beynəlxalq idman yarışlarının keçirildiyi etibarlı və stabil coğrafi məkana çevrilməsindən, respublikamızın bu istiqamətdə ev sahiblik etmək, yüksək təşkilatçılıq nümunəsi göstərmək qabiliyyətinin dünyanın bir çox qabaqcıl ölkələri üçün örnək kimi göstərilməsindən bəhs edildi.

    Eyni zamanda çıxışlarda Azərbaycan Məktəb İdmanları Federasiyasının yaradılmasının məktəblilər arasında bütün idman növlərinin yayılmasında xüsusi rolunun olduğu vurğulandı.

    Tədbir öz işini davam etdirir