03.02.2018

Tovuzda “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində “Pedaqoji mühazirələr” dinlənilmişdir  

01 fevral 2017-ci il tarixdə Düz Qırıqlı kənd 1 nömrəli tam orta məktəbində  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə 28.08.2017-ci il tarixli 261 nömrəli əmrində nəzərdə tutulmuş “Pedaqoji mühazirələr”in keçirilmə qaydalarına uyğun konfrans formatında tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova bildirmişdir ki, “Ümumi təhsildə keyfiyyət ili”  rayonun ümumtəhsil məktəblərində müəyyən işlər görülmüşdür.

04 sentyabr 2017-ci il tarixli 02 nömrəli Şura iclasında əmrin məzmunu ümumtəhsil məktəblərinin rəhbərlərinə çatdırılmış, yeni dərs ilinin “Təhsildə keyfiyyət ili” elan olunmasının məqsədi və mahiyyəti izah olunmuşdur. 

Əmr əlavələrlə birlikdə çoxaldılıb məktəb rəhbərlərinə çatdırılmış,əmrlə təsdiq edilmiş Fəaliyyət Planında yerli təhsili idarəetmə orqanları tərəfindən icra olunması nəzərdə tutulmuş  tədbirlərin vaxtında və qüsursuz icrasının təmin edilməsi istiqamətində həlli vacib olan məsələlər müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

           04 sentyabr 2017-ci il tarixli 02 nömrəli Şura iclasının Qərarına əsasən Tovuz rayon Təhsil Şöbəsinin Tədbirlər Planı hazırlanmış, 05 sentybar 2017-ci il tarixli 63/1 nömrəli əmrlə təsdiq edilmişdir.

           Eyni zamanda hər bir məktəbin tədbirlər planının hazırlanması təmin olunmuşdur.  

           Əmrə əlavə “II” çərçivəsində “Pedaqoji mühazirələrin” keçirilməsi qaydaları haqqında məktəb rəhbərlərinə ətraflı maarifləndirici izahat verilmişdir.

           Tədbirdə “Məktəbdaxili rəhbərlik və nəzarət sisteminin müasir tələblərə uyğun qurulması” mövzusu N.Tusi adına Tovuz şəhər təbiət və texniki təmayüllü məktəb-liseyin direktoru Valeh Məmmədovun,“İngilis dili fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi” mövzusunda,  Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin xarici dil (ingilis) müəllimi Vüsalə Əhmədovanın, “Məktəblərdə metodik xidmətin təkmilləşdirilməsi yolları” mövzusunda RTŞ-nin metodisti  Fikrət Tağıyevin mühazirələri dinlənilmişdir.