19.12.2017

Tovuz rayonu Düz Qırıqlı kənd 1 nömrəli tam orta məktəbində seminar keçirilmişdir

Tovuz rayonu Düz Qırıqlı kənd 1 nömrəli tam orta məktəbində seminar keçirilmişdir.

14 dekabr 2017-ci il tarixdə ümumtəhsil məktəblərində təmayül siniflərinin yaradılması və həmin siniflərdə təlimin nəticələrinin təhlilinə həsr olunmuş rayonlararası seminar keçirilmişdir.

Qazax və Tovuz rayonlarını əhatə edən tədbirdə cəmi 124 nəfər iştirak etmişdir.

Seminarı giriş sözü ilə Tovuz rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova açaraq,iştirakçıları salamlamış, rayonda qeyd olunan məsələ ilə əlaqədar görülən işlər barədə məlumat vermişdir.

Təhsil Nazirliyinin nümayəndəsi İntiqam Cəbrayılov, təmayül siniflərində tədris edən müəllimlər mövzu ətrafında çıxış etmiş, təlimin keyfiyyətinin artırılması məqsədilə səmərəli təkliflər irəli sürmüşlər.