15.09.2017

Tovuz rayon rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.

    11 sentyabr 2017-ci il tarixdə Tovuz rayon Mədəniyyət evində rayon müəllimlərinin sentyabr konfransı keçirilmişdir.

Konfransda “2016/2017-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə ilə  Tovuz rayon Təhsil şöbəsinin müdiri Validə Hüseynova çıxış etmişdir.
                 Konfransda Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə xanım Paşayeva və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Rafiq Qəndilov iştirak və çıxış etmişlər.

Rayon təhsil şöbəsinin müdiri Validə Hüseynova, Təhsil nazirliyinin rəsmi nümayəndəsi Rafiq Qəndilov, rayonun təhsil işçiləri, məktəb direktorları, fəal müəllimlərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva bütün müəllimləri qarşıdan gələn Yeni Dərs ili münasibəti ilə təbrik edib və onlara şərəfli peşələrində uğurlar diləyib.

Bu il rayonun ümumtəhsil məktəblərinin məzunlarından 514 nəfərin tələbə adını qazanmasını yüksək qiymətləndirən millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, biz ali məktəbə daxil olan gənclərin uğurlarına sevinmək, qürur duymaqla yanaşı orta məktəbi bitirən və sayları daha çox olan digər gənclərin həyatı, gələcəyi ilə də bağlı düşünməliyik.

Onların peşə təhsilinə meyilləndirilməsi prosesi məktəbdən başlamalıdır ki, bu gənclər hər hansı bir peşəni öyrənib gələcəkdə iş yeri tapa bilsinlər.