01.01.1970

25-28 iyun tarixində Tovuz rayon Təhsil Şöbəsində IX sinif buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi məqsədilə bir sıra operativ tədbirlər keçirilmişdir

25-28 iyun tarixində Tovuz rayon Təhsil Şöbəsində IX sinif buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi məqsədilə bir sıra operativ tədbirlər keçirilmişdir.

25 iyun tarixində “cavab kartı”nın düzgün doldurulmasını şagirdlərə mükəmməl öyrədilməsini təşkil etmək üçün rayonun bütün ümumi və tam orta məktəblərinin direktorları ilə görüş keçirilmiş, 26-27 iyun tarixində rayon təhsil şöbəsinin nəzarəti altında məktəblərdə  IX sinif şagirdləri üçün “cavab kartı”nın doldurulması ilə bağlı məşğələlər təşkil edilmişdir.

27 iyun tarixində Təhsil Nazirliyinin nümayəndələri Tovuz və Qazax rayon məktəb direktorları ilə görüş keçirmişdir.

28 iyun tarixində bütün IX sinif şagirdlərinin öz məktəblərində  “cavab kartı” ilə işləmələrinə Təhsil Nazirliyinin nümayəndələri yerində baxmışlar.